Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sifarişi ilə Xocalı soyqırımının 25 illiyinə həsr olunan poçt markası buraxılacaq.
Alyansın sədri Elmar Məmmədov Trend-ə bildirib ki, poçt markasının üzərində Xocalı soyqırımını əks etdirən abidənin şəkli yer alıb.Markanın Ukraynada geniş şəkildə yayılması planlaşdırılır.