Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qarabağ probleminin nizama salınması üzrə yeni təşəbbüslər hazırlayacaq.
Bunu virtualaz.org-a Qazaxıstan parlamentinin deputatı Axan Bijanov deyib."Qazaxıstan Qarabağ münaqişəsinin həllində öz vasitəçilik fəaliyyətini gücləndirmək niyyətindədir. Bu problemin mövcudluğu Astananı narahat edir və onun həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərdə diplomatik sahəsini daraldır.
Azərbaycan — bizim qardaş ölkəmizdir, Ermənistanla isə biz inteqrasiya layihələri çərçivəsində partnyoruq. Buna görə də Qazaxıstan Qarabağ probleminin həllində kömək etməyə çalışacaq", - deyə A.Bijanov vurğulayıb.