Ermənistan silahlı bölmələri yanvarda atəşkəsi 1063 dəfə pozub

Ermənistan silahlı bölmələri yanvarda atəşkəsi 1063 dəfə pozub backend

Yanvar ayında erməni silahlı bölmələri atəşkəs rejimini 1063 dəfə pozub. APA.AZ-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Yanvarda erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Ötən ay erməni tərəfi cəbhədə və Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti növbəti dəfə məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd edərək təxribata əl atıb. Cavab tədbirləri nəticəsində düşmən susdurulub, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Yanvarda Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.
Diaspora