Şəhidlər məmləkətin qürur yeridir.
Vətəni VƏTƏN edən onlardır. Onlar ölümləri ilə VƏTƏNi ölümsüzləşdirib! Onların hər biri Azərbaycan tarixinin şərəf, qürur, iftixar səhifəsini qanları ilə yazıblar. Hər ölkə vətəndaşı da ŞƏHİDLİK ZİRVƏSİNƏ ucala bilməz. Bununçün qeyrət, bununçün Vətənə hüdudsuz sevgi, bununçün ÜRƏK lazımdır.Sosial şəbəkələrdə şəhidlərimizin övladları ilə birgə şəkillərindən hazırlanmış fotokollaj paylaşılıb. Ürək ağrısız, gözləri dolmadan baxmaq olmur. Necə məsum, necə gözəldir! O şəkillər çəkiləndə nə atalar şəhid olacaqlarını bilirdilər, nə balalar atalarını itirəcəklərini...
Vətən hər biri bir orduya bərabər bu cəsur igidləri, bu övladlar isə arxa-dayaqlarını itiriblər. Bu igidlər qanları, canları bahasına Vətəni qorudular. Vətən indi onların yadigarlarını qorumalıdır. Göz bəbəyi kimi! Şəhidlərin əmanətlərini, yadigarlarını qorumaq dövlətin, bu dövlətdə yaşayan hər kəsin, hər birimizin borcudur!
Qaziler.az