Tərtər şəhərində 1 ədəd partlamış “Qrad“ raketinin qalıqları aşkar edilib.

Tərtər şəhərində 1 ədəd partlamış “Qrad“ raketinin qalıqları aşkar edilib. backend

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a bildirilib ki, şəhərdə yerləşən istirahət mərkəzi ərazisində 1 ədəd partlamış "Qrad" raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb.

ANAMA tərəfindən 3 min kv.m ərazi (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı) yoxlanılıb.



Ümumilikdə agentlik yanvarın 1-dən 31-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları, Lənkəran, Gəncə və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə baxış keçirib, 1 514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib, 20 450 kv.m ərazi yoxlayıb.
Diaspora