Məşhur Qarabağ döyüşçüsü torpağa tapşırılıb

Məşhur Qarabağ döyüşçüsü torpağa tapşırılıb backend

Yaşar Məhərrəmov ürək tutmasından dünyasını dəyişib

Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla savaşan, məşhur döyüşçü Yaşar Məhərrəmov son mənzilə yola salınıb.

Qaziler.az-ın İstiPress-in xəbərinə görə, onunla vida mərasiminə yaxınları, dostları, eləcə də cəbhə yoldaşları - ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və ANS TV-nin Baş direktoru Mirşahin Ağayev də gəliblər. Yaşar Məhərrəmovun cənazəsi dostlarının çiynində daşınıb. Mərhum döyüşçü Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Yaşar Məhərrəmov ötən gün axşam saatlarında dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağrılar başlayıb. Son sözləri isə “Deyəsən, mən Şuşanı görməyəcəyəm!” olub. Və dünyasını dəyişib!

Yaşar Məhərrəmov Birinci Qarabağ Müharibəsində şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. ANS-in Qızıl Fondunda Yaşar Məhərrəmovun döyüş kadrları yer alıb.

O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhumun 3 uşağı var. Allah rəhmət eləsin!

Diaspora