Cəbhədə hər iki ayağını itirən Qazinin toyudur - FOTOLAR

Cəbhədə hər iki ayağını itirən Qazinin toyudur - FOTOLAR backend

Bu gün daha bir Qarabağ qazisinin xoş günü - toy günüdür.

Qarabağ qazisi Sərxan Tahirzadə öz xoşbəxtliyinə qovuşur. Toy hazırda Bakıdakı “Sultan“ şadlıq sarayında keçirilir. Toyda millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, telejurnalist İlhamiyyə Rza, keçmiş AMİP sədri Etibar Məmmədov, FHN Akademiyasının rəisi, general-mayor Süleymanov Pənah, Qarabağ qazisi Rey Kərimoğlu da iştirak edib.

Xatırladaq ki, Qarabağ qazisi Sərxan Tahirzadə 2014-cü ilin yayında hər iki ayağını Ağdam cəbhəsində-düşmən təxribatının qarşısını alarkən itirib.

Qaziler.az saytı olaraq Qazimizi toy günü münasibətilə təbrik edir, ona xoşbəxtlik, səadət arzulayırıq! Onun təməli bu gün qoyulan xoşbəxtliyinin ömür boyu sürməsini diləyirik!













Diaspora