Dağlıq Qarabağ münaqişəsi Rusiya xarici işlər naziri Sergey Lavrovun avstriyalı həmkarı Sebastyan Kurtsla Moskvadakı görüşü zamanı müzakirə olunub.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.O deyib ki, bu məsələ ATƏT sədrliyinin Avstriyaya keçməsi kontekstində digər məsələlərlə birgə müzakirə olunub.