Rusiya: “Qarabağın həllində Avstriya ilə əməkdaşlığa hazırıq“

Rusiya: “Qarabağın həllində Avstriya ilə əməkdaşlığa hazırıq“ backend

Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq.

Qaziler.az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç qurumun Daimi Şurasının yanvarın 12-də keçirilən iclasında deyib.

A. Lukaşeviç Avstriya xarici işlər naziri Sebastian Kurzun ATƏT-in regional münaqişələrin həllinə yardım etmək səylərini davam etdirməklə bağlı mövqeyini dəstəklədiklərini söyləyib: "Bu həssas və kövrək prosesdə “Hippokrat qanunu”na (“zərər vurma”) riayət etmək və üç əsas prinsipi xatırlamaq vacibdir: münaqişələr sülh yolu ilə, tərəflərin bilavasitə iştirakı və maraqlarının qorunması şərtilə, eləcə də mövcud formatlar çərçivəsində həll olunmalıdır. Biz Avstriya ilə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması üçün, eləcə də Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə müzakirələrinin davamı kontekstində əməkdaşlığa hazırıq”.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Avstriyanın sədrliyi dövründə təşkilatdan gözləntilərini də açıqlayıb: "Avstriyadan sədrliyi dövründə transmilli təhdidlərə qarşı ATƏT qərarlarına müvafiq olaraq mübarizə səylərinin gücləndirilməsini gözləyirik. Sözsüz ki, terrorla mübarizə prioritet olmalıdır”.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçib.
Diaspora