“Xocalı soyqırımının 25 illiyində ifadələr iddiaları məhv edir” ideyası əsasında çəkilən yeni “Dəhliz” filminin tizeri nümayiş olunub.
"Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən və dünyada böyük marağa səbəb olan, Xocalı faciəsinin ilk şahidi ukraynalı pilot Leonid Kravetsin soyqırım barədə danışdıqları əsasında çəkilən “Cəhənnəmi Görmüş Pilot” sənədli filminin quruluşçu-rejissoru Elmar Məlikovun növbəti işi olan “Dəhliz”-in əsas məqsədi Xocalı qətliamının necə baş verdiyinin bu günə kimi qaranlıq qalan detallarını ictimailəşdirməkdir. Filmdə Ermənistan hakimiyyətinin guya Xocalıda soyqırım törədilməməsi ilə bağlı irəli sürdüyü iddiaları tutarlı sübut və faktlarla darmadağın edilir.Filmin müəllifi Elmar Məlikovun Ölkə.Az-a verdiyi xəbərə görə, CBC kanalının texniki dəstəyi ilə hazırlanan filmdə Azərbaycanın tanınmış jurnalistləri Ceyhun Əsgərov və Vüsalə Məmmədova da öz töhfələrini veriblər.