Azərbaycanlı yazar Gülsüm Adilqızı Qarabağda erməni təcavüzkarlarına qarşı döyüşlərdə şəhid olan 17 kütahyalı türkün həyatını qələmə alacaq. Qaziler.az “A24.az” saytına istinadən xəbər verir ki, G.Adilgızı növbəti kitabını həmin şəhidlərə həsr etmək istədiyini deyib: “Onlar “biz bir millət iki dövlətik” deyərək Azərbaycanda şəhid olublar. Mən 17 Türk şəhidi tanımaq üçün gəlmişəm. 24-cü kitabımı bu şəhidlərə həsr etmək istəyirəm”.
Erməninələrin törətdikləri Xocalı soyqırımı və Rus işğalı ilə bağlı 23 kitab yazan Gülsüm Adilgızı “şəhid ailələri ilə görüşdükdən sonra onların istəklərini nəzərə alaraq kitabları yazdım” deyib.İndi isə o, 17 kütahyalı türkün də həyatını qələmə almağa hazırlaşır. Kütahyadan olan 17 nəfərin Azəbaycanda ermənilərə qarşı döyüşdüyünü, burada şəhid olduğunu öyrəndiyini ifadə edən Adilgızı sözlərini belə davam etdirib: “Bu günlərdə məni Kütahyaya dəvət etdilər. Şəhidlərimizlə əlaqəli böyük bir yığıncaq reallaşdırıldı. Yığıncaqda mənə izah etdilər ki, Kütahyada 17 türk Azərbaycanın Qarabağ bölgəsində şəhid olub. Onlar “biz bir millət, iki dövlətik” deyərək orada şəhid olublar. Bunu bir neçə gün əvvəl yığıncaqda mənə söylədilər. Mən 17 türk şəhidi tanımaq üçün gəldim. 24-cü kitabımı bu şəhidlər üçün yazmaq istəyirəm. Onların ailələriylə görüşmək istəyirəm”