Şəhid Həsən Həsənov anıldı

Şəhid Həsən Həsənov anıldı backend

Bu gün Kəlbəcər rayonunda girov düşərək ermənilər tərəfindən şəhid edilmiş Həsən Həsənovun doğum günü ilə bağlı tədbir keçirilib.

Şəhid Həsən Həsənovu öncə 20 yanvar dairəsindəki şəhidlər abidəsi önündə, daha sonra isə məzarı başında ailəsi, I Qarabağ müharibəsinin veteranları, dostları, jurnalistlər və ictimai xadimlər tərəfindən anılıb.

Tədbir zamanı şəhidin valideyinləri, ictimai xadimlər onun qəhramanlıqlarından bəhs ediblər.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev də iştirak edib.

Anım tədbirində çıxış edənlər şəhidin keçdiyi qısa lakin şərəfli həyat yolundan danışıblar, onunla fəxr etdiklərini, şəhidlərin ölmədiyini, daim ehtiramla yad olunduqlarını bildirirlər.

Xatırladaq ki, Həsən Həsənov 1978-ci aprel ayının 12-də Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. 2014-ci ilin avqustun 11-də Kəlbəcərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə öz doğmalarının məzarını ziyarət edərkən əsir götürülərək şəhid edilib. Şahbaz Quliyev və Dilqəm Əsgərov isə hələ də erməni əsirliyindədir.

Diaspora