“Aprel döyüşlərində düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullarn mühüm rol oynadı”.
Qaziler.az ATV-yə istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-cu ildönümü ilə bağlı keçirilən tədbirdə nazir Yavər Camalov bildirdi ki, həmin döyüşlərdə Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatları sınaqdan uğurla çıxıb.“Bu gün Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların keyfiyyəti beynəlxalq standartlara cavab verir. Bizim güc qurumlarına təhvil verdiyimiz məhsulların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıq o lub. Çeşidlərin sayı da 1,8 dəfə artıq olub”.
Bu il ilk dəfə xüsusi təyinatlı “Yalquzaq” snayper tüfəngi, tank əleyhinə qumbaraatan üçün qumbara, 6 və 24 yerlik çadır, mina partladıcıların seriyalı istehsalına başlanılıb. Yaxın vaxtlatrda isə “Zərbə” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlanılacaq.
Artıq bir çox ölkələrə, ABŞ, Cənubi Koreya və Afrika ölkələrinə hərbi təyinatlı məhsullar da satılır.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod fəaliyyət göstərir. Həmin zavodlarda 1160 adda müdafiə sənayesi təyinatlı məhsul istehsal olunur.