Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı uğrunda birləşək

Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı uğrunda birləşək backend

Beynəlxalq hüququn bizə verdiyi imkanlardan yararlanmalıyıq.

Qaziler.az bildirir ki, Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupu və Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin birgə toplantısı keçirildi.

Xatırladaq ki, Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal edilmiş Şaplar kəndində erməni silahlı qüvvələrinin 2014-cü ilin yayında həyata keçirdikləri əməliyyat nəticəsində əslən azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülmüş, Həsən Həsənov qətlə yetirilmişdir. Dağlıq Qarabağdaki qondarma rejimin qurduğu saxta məhkəmədə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilmişlər. Hər iki soydaşımız heç bir cinayət törətməmiş, Kəlbəcərə getməkdə məqsədləri işğal edilmiş ata-baba yurdlarına baş çəkmək, əzizlərinin məzarını ziyarət etmək idi.

Toplantı iştirakçıları girovların hüquqlarının müdafisə ilə bağlı görülən işlərdən və qarşıda duran məsələlərdən danışdılar. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov girovların azad olunması uğrunda dövlət səviyyəsində görülən danışdı, Milli Məclisin deputatı Xahnhüseyn Kazımlı Londonda Diplomatik Prores İnstitutunda vəkillərlə keçirdiyi görüş barədə məlumat verdi. Çıxış edənlər bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq müstəvidə dəfələrlə bu məsələni qaldrmış, əsirlikdə olan bütün əsir və girovların azad olunmasını tələb etmişdir. Lakin bütün tələblər bugünədək cavabsız qalmışdır.

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Əlövsət Ağalarov yarandığı qısa vaxt ərzində komitənin gördüyü işlər barədə qısa məlumat verdi: “Müdafiə komitəsinin təsis olunduğu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, beynəlxalq təşkilatlara, Rusiyanın Azərbaycandaki səfirinə müraciətlər qəbul etdik. İşçi qrupunun üzvləri Ukraynadan gəlmiş beynəlxalq səviyyəli hüquqşünaslar, akademik O.V.Zayçuk, professor L.D.Timçenko və professor A.A.Mereşko ilə Bakıda görüş keçirdik. Məqsədimizi izah etdik, problemin çözüm yolların aradıq. Onlar da bizimlə həmfikir olduqlarını bəyan etdilər və o görüşdə bizə bir yol xəritəsi çəkdilər. Bugünlərdə Kiyevdə keçirilən Ümumukrayna azərbaycanlılarının IV forumunda məsələ ilə bağlı bizim müraciətimiz də oxundu və qərara alındı ki, Dilqəmlə Şahbazın müdafiə komitəsinin Ukaynada da özəkləri yaradılsın. Hədəfimiz məsələnin beynəlxalq müstəvidə həllinə nail olmaqdır”.

Azəri Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı da problemin beynəlxalq səviyyədə ictimailəşməsinə nail olmağın vacibliyini dedi: “Dünyanın tanıdığı və qəbul etdiyi Azərbaycan sərhəddində Kəlbəcər Azərbaycan torpağıdır və bu adamlar heç bir cinayət törətmədən ata-babalarının qəbrini ziyarət etməyə gediblər. Öncə bunu dünyaya anlatmalı sonra beynəlxalq hüqüqlarımızdan istifadə etməliyik”.

Deputat, politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşlər keçirilməsini təklif edib: "Çünki səfirlər təmsil etdikləri dövlət haqda akkreditə olduqları ölkənin mediasında hər hansı məqalə yazılanda dərhal öz ölkəsinə xəbər verirlər. Rusiya, Amerika və Fransa diplomatları ilə görüşü vacib sayıram. Müraciətimiz həmin ölkələrə birbaşa çatdırıla bilər. Bundan başqa məsələni ümummilli məsləyə çevrilməli və onun qısa müddət ərzində həllinə çalışmalıyıq".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Dilqəm Əsgərov və Şahbaz Quliyevin qəhrəman kimi təqdim edilməsinə qarşı çıxıb. Onun fikrincə, bu cür insanlar fədakarlıq nümayiş etdiriblər və Azərbaycana qayıdanda daha böyük işlər görüləcəyi şübhəsizdir.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Brüsseldə Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi istiqamətində keçirilən flasmobun 5-ci kolon tərəfindən pozulmasına cəhd göstərildiyini bildirib: "Avropadakı tədbirlərin birində Emin Hüseynova fasilə zamanı yaxınlaşıb dedim ki, niyə bircə kəlmə Qarabağ problemindən, Dilqəm Əsgərov və Şahbaz Quliyevdən beynəlxalq arenada bəhs eləmirsən? Cavabı bilirsinizmi nə oldu? Dedi ki, bu məsələ mənim profilimə uyğun deyil. Ay şərəfsiz, Vətən, millət olan yerdə nə profil? Bunu ictimailəşdirəndə adamın üstünə sürü ilə gəlirlər ki, demokratiyaya qarşısınız. Bu adamların, 5-ci kolonun iç üzü açılmalı, hər kəs öz adı ilə çağrılmalıdır".

Müzakirələrin nəticəsi olaraq Azərbaycanın və digər ölkələrin ombudsmanlarına, eləcə də bütün beynəlxalq təşkilatlara müraciətlər qəbul olunub.


Diaspora