Maysterdən Qarabağa görə tənqid: “ATƏT artıq ölüb”

Maysterdən Qarabağa görə tənqid: “ATƏT artıq ölüb” backend

Almaniyanın məşhur politoloqu Ştefan Mayster ATƏT-in konfliktlərin idarə edilməsindəki fəaliyyətini tənqid edib.

Axar.az xəbər verir ki, “Taqesşpigel” qəzetinə müsahibə verən Mayster artıq dünyada ATƏT-ə qarşı inamın öldüyünü bildirib. ATƏT-in fəaliyyətsizliyini diqqətə çatdıran ekspert, xüsusilə, Dağlıq Qarabağ konfliktinin illərdir bir nöqtədən irəliyə addımlamadığını söyləyib:

“Almaniya kimi böyük ölkənin ATƏT-ə sədrliyi öz üzərinə götürməsi təşkilatın daxilində ciddi siqnal hesab edilirdi. Böyük gözləntilər olsa da, onları reallaşdırmaq mümkün olmadı. ATƏT artıq üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmir. Bu təşkilatda təcili islahatlar keçirilməlidir. ATƏT indiki şəraitdə hətta konfliktlərin həlli bir yana qalsın, onların idarəçiliyi ilə də məşğul ola bilmir. Bunu Dağlıq Qarabağ konfliktinə diqqət yetirdikdə görmək mümkündür. 20 ildir ki, ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə nəticəsiz danışıqlar aparılır. Bu, ATƏT-ə inamı öldürür”.
Diaspora