"Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli işinə sadiqdir".
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan Mark Eyro Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.Onun sözlərinə görə, Fransa münaqişənin həlli üçün substantiv danışıqların aparılmasını və etimadyaradıcı tədbirləri dəstəkləyir.