Həmsədrlərin təklif etdiyi “3+2“ formatında görüş baş tutmadı

Həmsədrlərin təklif etdiyi “3+2“ formatında görüş baş tutmadı backend

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT-in 23-cü Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub:

"Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi "3+2" (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb".
Diaspora