Ermənilər Ordumuzun mövqelərini minaatanlardan atəşə tutublar

Ermənilər Ordumuzun mövqelərini minaatanlardan atəşə tutublar backend

Sutka ərzində atəşkəs rejimi ümumilikdə 80 dəfə pozulub Qaziler.az saytı xəbər verir ki, Müdafiə Nazirliyi (MN) erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 80 dəfə pozması barədə məlumat yayıb.



APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Novruzlu, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.
Diaspora