Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib - Budapeştdə

Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib - Budapeştdə backend

Qaziler.az saytı APA-ya istinadən xəbər veriri ki, Azərbaycanın Macarıstandakı səfirliyi, Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq” Azərbaycan-Macar dostluq cəmiyyəti və Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin təşəbbüsü ilə Budapeştdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

APA-nın məlumaına görə, tədbiri giriş sözü ilə “Qardaşlıq” cəmiyyətinin sədri Ramiz Əmirli açıb. Azərbaycan və Macarıstanın dövlət himnləri səsləndirildikdən sonra Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.

Film nümayişinin ardınca Azərbaycan və Türkiyənin Macarıstandakı səfirləri Vilayət Quliyevlə Şakir Fakılı çıxış ediblər. Diplomatlar 100 illiyi bir sıra dünya ölkələrində səs-küylə qeyd olunan “erməni soyqırımı”nın saxta mahiyyətini çoxsaylı faktlarla əsaslandıraraq əsl soyqırımının Birinci Dünya müharibəsi illərində Anadolu türklərinə, sovet imperiyasının süqutu ərəfəsində isə Azərbaycan türklərinə qarşı törədildiyini bildiriblər. Bunun ən bariz nümunəsinin Xocalıda törədilən dəhşətli qətliam olduğu vurğulanıb.

Macar tarixçisi Barbara Obruşanska, Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Hollandiyada yaşayan Azərbaycan icmasının təmsilçisi Vüqar Abbasov, Macarıstan parlamentinin sabiq deputatı Atilla Şarvaş və Sombateli Universitetinin dosenti, doktor Mihal Freşli öz çıxışlarında uydurma erməni soyqırımının, Dağlıq Qarabağdakı erməni işğalının və Xocalı soyqırımının müxtəlif aspektlərinə toxunublar.

Tədbir çərçivəsində B. Obruşancka və C. Ələkbərovun birlikdə qələmə aldıqları "Azərbaycan - Qafqazın parlayan ulduzu" kitabının, habelə əsərlərini macar dilində yazan gənc azərbaycanlı şair Rüstəm Əmirlinin "Nigarançılıq" kitabının təqdimatı da keçirilib.
Diaspora