Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edilib backend

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu bu gün torpağa tapşırılıb.

Qaziler.az bildirir ki, APA-nın cənub bürosunun xəbərinə görə, şəhid hərbçi anadan olduğu Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunub.

1990-cı il təvəllüdlü, müddətdən artıq hərbi xidmət keçən gizir Aqil Qismət oğlu Məlikovun dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.


Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.
Diaspora