Qarabağ müharibəsi zamanı ən dəhşətli cinayətlərin törədildiyi Xocalı şəhəri bu gün Qarabağ separatçıları tərəfindən kütləvi sürətdə məskunlaşdırılır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, şəhərdə 1500 sakin yaşayır. Onlardan 220-si isə 5 yaşına qədər uşaqlardır.
Şəhərin süni köçürmə nəticəsində genişləndiyi nəzərə alan separatçı rəhbərlik ərazidə yeni məktəb və yaşayış massivi salmağı da planlaşdırır.
Xatırladaq ki, görüntülər payızın əvvəllərində çəkilib.