Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan "Azərbaycan-Qarabağ" parkı salınıb.
"Report" "Hüriyyət"ə istinadən xəbər verir ki, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı tərətdikləri soyqırım qurbanlarının xatirəsinə həsr olunan parkın açılış mərasimi noyabrın 4-də keçiriləcək.Park şəhərin mərkəzində Əli Marım bulvarında yerləşir. Açılışda Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan və Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva iştirak edəcək.