"ABŞ-ın dövlət katibi bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu nümayiş etdirir".
Qaziler.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın dövlət katibinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırda mümkün olmadığı barədə sözlərini şərh edərkən bildirib.O, NATO sammiti çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü haqqında xatırladıb.
C.Uorlik vurğulayıb ki, münaqişənin həlli bütün regionun xeyrinə olacaq.
ATƏT MQ həmsədri qeyd edib ki, tərəflər arasında növbəti sammitin keçirilməsi haqqında müzakirələr aparılır və Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarqsyanla görüşə hazır olduğunu bildirib.