Qatır Məmmədin döyüşçüləri Hacı Əbdülə cavab verdi: “Bunu deyən ermənidir!”

Qatır Məmmədin döyüşçüləri Hacı Əbdülə cavab verdi: “Bunu deyən ermənidir!” backend

Xəbər verildiyi ki, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül musavat.com saytına müsahibəsində deyib ki, “Bayılda həbsdə olanda Qatır Məmməd (Yaqub Rzayev), guya, bunu belə deyib: “...Deyirdi bəs vertolyot qəzasından əvvəl Tamerlan Qarayev ratsiyada axtarıb onu. Deyib o səmalardan bir erməni vertolyotu uçacaq indi. Vurarsız. Düşdümü, buna da sakitləşməyin. Gedin, cəsədləri gülləylə darayın...” .

Qaziler.az saytı Qatır Məmmədin silahdaşları ilə əlaqə saxlayıb və məsələyə onların münasibətini öyrənib. Qatır Məmmmədin yaratdığı və rəhbərlik etdiyi batalyonun qərargah rəisi Qəhrəman Hüseynov: “Hacı Əbdülün dedikləri yalan və böhtandır. Təəssüf edirəm ki, belə adamlar danışdıqları sözün məsuliyyətini anlamır və dünyasını dəyişmiş bir adamın adından yalanlar yayırlar. Qatır Məmməd və onun əsgərləri Azərbaycan torpaqlarının müdafiəsində qəhrəmancasına döyüşüb, şəhid verib! Axı bizim postumuz hadisə baş verən yerdən xeyli uzaqda idi. Bu necə ola bilər!? Biz Ağdam - Əsgəran istiqamətdə Ağdamın müdafiəsini təşkil edirdik! Hacı Əbdülün dedikləri şər və böhtandır!”

Qatır Məmmədin silahdaşların da olan digər döyüşçülərlə də danışdıq. Onlar dedilər ki, zaman-zaman Qatır Məmməd haqqında, onu aşağılayan, həqiqətə uyğun olmayan məlumatlar yayılıb: “Bunu kim edir bilmirik, amma hamısı yalandır. Heç olmasa nəzərə alsınlar ki, Qatır Məmmədin Canpolad kimi oğlu şəhid olub! Ölümündən sonra da Canpolada Azərbaycanın Milli Qəhrəmanı adı verilib! Qatırın rəhbərliyi yüzlərlə əsgər və zabitimiz vətən uğrunda şəhid oldu, amma torpaqlarımızı qoruyurduq! Belə sözlər deyənlər ancaq və ancaq erməni ola bilər! Çünki bu kimi fikirlər ermənilərə çox lazımdır! Bizim hərbi hissə tamam başqa istiqamətdə döyüşüb! Ayıbdır, vallah!”

Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant, müharibə veteranı İlham İsmayılov modertaor.az saytında Hacı Əbdülün dediklərini cəfəngiyat adlandırıb.

QAZİLER.AZ
Diaspora