Dağlıq Qarabağ münaqişəsinin həll etməyin yeganə yolu tərəflər arasında sülh danışıqlarıdır.
RİA Novosti” xəbər verir ki, bu barədə Roma Papası Fransisk Qafqaz regionuna səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında beynəlxalq normalar çərçivəsində sülh danışıqlarının aparılmasıdır. Digər yol müharibədir, müharibə isə həmişə dağıntılara səbəb olur, şəhərlər və kəndlər xarabalığa çevrilir. Münaqişəsinin hərbi yolla həlli yoxdur. Sülh üçün dua etmək lazımdır”, - Roma Papası bildirib.