Bu ilin aprel ayında erməni silahlı qüvvələrinin cəbhəyanı yaşayış kəndlərini atəşə tutması nəticəsində dağılan evlər artıq bərpa olunub.
Qaziler.az.ATV.az-a istinadən bildirir ki, Tərtərin Qapanlı kənd sakinlərinin yeni evlərə köçü başa çatıb.Düşmənin ağır artileriyadan istifadə etməsi nəticəsində dağılan təhsil müəsisələri də bərpa edilərək istifadəyə verilib.
Qeyd edək ki, aprel hadisələri zamanı Tərtərin 17 yaşayış məntəqəsində 356 evə müxtəlif dərəcədə zərbə dəyib. Bunlardan 27 ev isə tamamilə dağılıb. Dövlət tərəfindən ayrılan vəsait hesabına həmin 27 ev bərpa olunub.