Ermənilərin Qarabğada necə və hansı siyasi şəraitdə məskunlaşması haqqında elmi-tartixi əsərlərdə bir sıra həqiqətlər var. Ən başlıcası “ata” Rusiyanın öz erməni “övladlarını” Cənubi Qafqaz ərazisinə gətirməsi və burada məskunlaşma siyasətinin aparması tarixi Türkmənçay müqaviləsindən bəri öz acı reallığını büruzə verməkdədir. Ermənistan əhalisinin Qarabağ torpaqlarında yayılması nəticəsində hələ 19-cu sərin sonlarında bu yana Osmanlı və Azərbaycana qarşı xalqın “qabaqdan gəlmiş”lik edib qiyamlara qalxması ilə tarixin yaddaşına yazılıb. Bizə vurulan ən böyük zərbə isə torpaqlarmızın işğalı və minlərlə əhalinin qətlə yetirilməsi oldu. O cümlədən 1 milyon qaçqın və məcburi köçkün (əsirlər də) ağır xatirələri daşıyır. Görünür “Oğlu” “Ata”ya layiq olmaq üçün müsəlmanlara qarşı yönələn vəzifəsini peşəkarcasına yerinə yetirir.
Ermənilərin soyqırım fəaliyyətinin genişlənməsi
XIX yüz ilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. XX əsrin əvvəllərində Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln.-dan çoxu gəlmə idi. Bütün bunlara baxmayaraq 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədilə edilirdi və strateji niyyət güdürdü.
Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi. Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.
Rusiya imperiyasının ayrı-seçkilik siyasəti, çarizmin dəstəyi və məqsədyönlü siyasəti nəticəsində ermənilərin Şimali Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində iltizam sisteminin ləğvi zamanı daha aydın nəzərə çarpmağa başladı; nəticədə neftli torpaq sahələrinin hərracı prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50% -dən çox torpaq sahəsi almışdılar. Bakıda fəaliyyət göstərən 167 neft şirkətindən 55 iri və orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı. Bütün bunlara baxmayaraq Qarabağ, onun mərkəzi olan Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar hökumətinin və onun əlaltıları olan ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq Qarabağ Azərbaycan - müsəlman diyarı kimi inkişaf edirdi.
Beləliklə, Çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdı. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbayan torpaqlarının yerli - azərbayanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbayana keçdi.
Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı.53 Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi, sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə Zaqafqaziyada yaranan anarxiya şəraitində - uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbayanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbayan xalqına çox ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü.
Erməni fəhləsi də bizə qarşı təbliğat aparırdı
Bəlkə də çoxlarına maraqlıdır ki, hələ 1988-ci ildən etibarən ermənilərin azərbaycanlılara və yaxud Azərbaycan hökumətinə qarşı kin-küdurətinin yaranması zamanla necə üzə çıxıb, onların bu halətinin səbəbi və yaxud səbəbkarı kimlər idi?
Uşaqlıq və gənclik illərimizin keçdiyi Qarabağ bolgəsində ermənilərə çox rast gəlinib. Onları qonşuluq siyasəti isə heç zibil qutusuna atılmağa layiq deyildi. Simalarından çox Azərbaycana qarşı gördükləri iyrənc təbliğatlarına kimi yadda qalan mənfurların adi erməni fəhləsinə kimi bizə qarşı kin vardı və müharibə öncəsi təxribatlar bunu göstərirdi. Yerli əhalinin cahilliyindən yararlanaraq kəndə gələn erməni ev ustaları tikdikləri evlərin bünövrələrinə və ya çəkilən hasarlara erməni dilində yazdıqları "cümlələrlə” əhalinin ağlını tovlayıb bunun tikilən yeni evin xüsusi simvolu kimi qələmə verirdilər. Bəzi sakinlərin bünövrəyə atılan lövhənin üzərində adlarının qeyd olunması mənə elə gəlir ki, avam bir insanı şöhrətpərəstlik silahı ilə aldatmaq idi. Bunu ermənilər yaxış bacarırdı. Şoruşacaqsınız ki, bunu niyə edirlər? Baxın, elə əsl kin sualının cavabı buradadır. Erməni hərbi qüvvələri ilk hücumlarını Xankəndinə etmişdilər, müharibə də həmin tarixdən başladı. Xankəndinə qədərki dövrdə isə müxtəlif təxribatlara başladılar. Azərbaycan hökumətinə, rəhbərliyə qarşı bilavasitə yerli əhalinin adından qondarma şikayətlər yaradıb Sovet hökumət rəhbərliyinə göndərirdilər. Həmin ev-bünövrə məsələsində isə məhz indiki dövrdə bizim ərazi iddialarımıza cavab məqsədilə həyata keçirilmiş davranışlar dayanır. Əgər ərazi iddialarında tapınırıqsa, ermənilər bir vaxtlar tikdikləri evlərin bünövrələrini qazıb həmin dəlilləri beynəlxalq təşkilatlara göstərəcəklər ki, ”bu ev erməni külfətinə məxsusdur” yazısıyla bizə inanılmaz zərbə vurmaq niyyətindədirlər.
Ermənilərin bu cür təbliğatlarını danışmaqla bitməz. Bəzi sakinlərin belə addımlara aldanmasının şahidi olduğunu və buna təəssüf etdiyini dilə gətirir.
Qarabağda yaşayan soydaşlarımızla söhbətlərimiz zamanı onlara qonşu olan ermənilərin gizlin təbliğat apardıqları ilə bağlı maraqlı faktlar ortaya qoydular. Belə ki, müharibə ərəfəsində fotostudiya işçilərindən Qarabağ erməniləri bizim əhaliyə qarşı əsl ermənisayağı fəaliyyətlər yürüdürdülər. Şəkil çıxardılan məntəqədə müxtəlif sənədləşdirmələrlə bağlı əhali müraciət edirdi. 18 yaşına qədər vətəndaşları üçün şəkil - 5 manat, böyüklər üçün isə cəmi 3 manat təşkil edirdi. Günümüzdə də öyrəncəli haldır ki, sosial xidmət haqları adətən azyaşlılar üçün daha ucfz olur. Lakin burada uyğun gəlməyən bir hal var. Əgər bir işin içində sənədləşdirmə və əks təbliğat varsa, deməli, bu ermənilər üçün normal bir addımdır. Azərbaycan hökumətinə qarşı hər hansı bir erməni vətəndaşının şikayət etməsi uyğun deyil və yaxud təsirsizdir. Lakin bunu Azərbaycan vətəndaşları toplum şəklində edirsə, ciddi məsələdir. Bu foto çap etmək alternativ rol oynasa da, əsas məsələ onlara müraciət edən əhalidən şəxsiyyəti təsdiq edən sənədlərinin nömrəsini almaq idi. Bunu təhlükəsizlik və müraciət baxımından ifadə edən erməni fotoşovinistlər üçün təbii ki, həmin nömrələr ölkə rəhbərliyinə qarşı xalqın şikayətini çatdırmaqda əsas vasitə olmuşdu. Baxın, bu cür oyunbazlıqlarla onlar öz kinlərini göstərirdilər.
İcitmaiyyət artıq Ermənistanın Rusiyanın xüsusi təlim keçmiş “Buldoq”una bənəzdir. Amma it nə qədər vəfalı olsa da, onun da mövsümü çatanda çıxıb gedəcək. Dahi Fransız yazıçısı Aleksandr Dümanın da dediyi kimi, ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Hal-hazırda bunun əyani şahidi oluruq.
Rüfət Soltan