“Ermənistan Müdafiə Nazirliyinin “başbilən” təbliğatçıları növbəti dəfə düşdükləri xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”.
Bu barədə Azərbaycan Müdafiə Nazirlyinin APA-nın sorğusuna cavabında bildirilir.“Ermənistan Müdafiə Nazirliyinin “başbilən” təbliğatçıları növbəti dəfə düşdükləri bu xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Düşünüb-daşınıb tapdıqları, ağıllarına gələn isə yenə də erməniyə xas, gülüşə səbəb olan erməni yalanıdır. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıqdır və yersizdir”, - deyə nazirlikdən bildiriblər.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi news.am saytına açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə məxsus PUA-nın vurulması xəbərini təkzib edib. O, Azərbaycanın öz PUA-nı vurduğunu söyləyib.