Rusiya və Fransa XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Fransa XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər backend

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan Mark Eyro arasında telefon danışığı olub.

Nazirlər telefon danışığı zamanı Suriyadakı böhranı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vəziyyəti müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

“Suriya mövzusu və Dağlıq Qarabağ nizamlanmasındakı vəziyyətə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Diaspora