“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ingilis və rus dillərində “Ermənistanın Azərbaycana təcavüzü 1988-1994” sənədli filminin hazırlanması layihəsini başa çatdırıb.
Layihə çərçivəsində ingilis və rus dillərində “Qarabağ müharibəsi: xronika (1988-94)” adlı sənədli film çəkilib.Film Ermənistanın Azərbaycana qarşı 1988-94-cü illərdə hərbi təcavüzü haqqındadır. Filmdə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonlarında apardığı terror və işğal hadisələri xronoloji ardıcıllıqla faktlara söykənən məlumatlarla öz əksini tapıb. İşğal olunmuş şəhər və kəndlərimiz haqqında məlumatlar da filmdə yer alıb.
Xatırladaq ki, ictimai birlik bundan əvvəl 3 dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri”, “Qafqazın konservatoriyası” və “Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillərində isə “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” filmini hazırlayıb.
yknews.az