Məmmədyarov və Nalbandyan həmsədr ölkələrin XİN rəhbərləri ilə görüşəcək

Məmmədyarov və Nalbandyan həmsədr ölkələrin XİN rəhbərləri ilə görüşəcək backend

Avqustda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşü keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta “news.am” saytına müsahibəsində deyib.

“Mən bilirəm ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb” - deyə, o əlavə edib.
Diaspora