ABŞ və Rusiya bir sıra istiqamətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə işləyirlər. Virtualaz.org-un məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri NBC-yə müsahibəsində deyib.
Bu yaxında Rusiyaya səfərini şərh edən C.Kerri qeyd edib ki, Dağlıq Qarabağ ətrafında sülh prosesi daxil olmaqla, RF prezidenti ilə bir sıra məsələləri müzakirə edib.Xatırladaq ki, ötən həftə Moskvaya gələn C.Kerri əvvəlcə Rusiya prezidenti V.Putinlə, bir gün sonra isə xarici işlər naziri Sergey Lavrovla görüşmüşdü.