Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq komaya düşən tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.
Virtualaz.org bildirir ki, bu barədə 47 saylı Mingəçevir seçki dairəsindən seçilmiş deputatı Aydın Mirzəzadə öz Facebook səhifəsində bildirib.Millət vəkilinin yazdığına görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, Ülkər, Nihat və Nicat adlı üç uşaq atası olan Rahim Tağıyev 18 il idi Milli Orduda xidmət edirdi.
Allah rəhmət eləsin!