Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsi NATO sammiti çərçivəsində müzakirə olunacaq”

Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsi NATO sammiti çərçivəsində müzakirə olunacaq” backend

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.

Qaziler.az bildirir ki, APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, deyə o yazıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gedib.

Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.
Diaspora