Yaxın aylarda Qarabağda müharibə başlayır?

Yaxın aylarda Qarabağda müharibə başlayır? backend

"Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin”

"Azərbaycan və Ermənistan arasında baş tutan diplomatik görüşlərdə Qarabağ münaqişəsi ətrafında ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri zəif idi. Lakin aprel hadisələrindən sonra Azərbaycanın bəzi əraziləri azad etməsi diplomatik prosesdə yeni mərhələ başlatdı".

ANS PRESS-in məlumatına görə, bu fikirləri İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan yerli mətbuata müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, ölkə rəhbərlərinin görüşlərində Dağlıq Qarabağın statusuna dair hər hansı məsələnin müzakirəsi olmayıb:

“Şəxsən mən hesab edirəm və çox güman ki, Azərbaycan yenidən Ermənistana hücum edəcək. Ancaq ola bilsin ki bu daha kiçik miqyasda və daha az intensivliklə olacaq. Azərbaycan ancaq diplomatik prosesə tam şəkildə qayıtmaqdan daha çox istənilən halda problemin hərbi həlli yolunu tapmağa çalışacaq. Ehtimal ki, Azərbaycanın bu hücumu yaxın aylarda olacaq. Onları bu hücumdan heç nə saxlaya bilməz. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var”.

"İşğal olunmuş ərazilərin böyük bir hissəsi Azərbaycana geri qaytarılacaq"
Politoloq bildirib ki, Azərbaycan bir və ya iki işğal edilmiş rayonun qaytarılması üçün yenidən çalışacaq. Çünki Azərbaycanın aprel döyüşlərində əsas məqsədi zəbt olunmuş ərazilərin geri qaytarılmasından daha çox Dağlıq Qarabağın özünə yönəlmişdi. Lakin bu 1-2 rayonu geri qaytarmaq o qədər də asan deyil. Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin”, -deyə Kirakosyan əlavə edib.

Riçard Kirakosyan bildirib ki, burada Ermənistanın və Dağlıq Qarabağın istənilən halda birtərəfli güzəştlərə gedəcəyi ağlabatan deyil. Onun sözlərinə görə, işğal olunmuş ərazilərin böyük bir hissəsi zaman keçdikcə, Dağlıq Qarabağın statusu və təhlükəsizliyinə təminat müqabilində Azərbaycana geri qaytarılacaq:

"Ancaq bununla belə, Laçın (Laçın dəhlizi, həmçinin Laçın rayonu) və Kəlbəcər danışıqların predmeti ola bilməz. Təəssüf ki, bu gün Ermənistan və Dağlıq Qarabağ arasında tərəfdaş yoxdur. Rusiyanın siyasəti silah satmaqdan ibarətdir. Bununla belə bu gün Rusiya tərəfindən Azərbaycana Dağlıq Qarabağın Ermənistanın təhlükəsizliyi üçün real təhlükə olduğu bildirilir".
Diaspora