KTMT XİN Şurasının İrəvan toplantısında Dağlıq Qarabağa dair bəyanat qəbul edilib

KTMT XİN Şurasının İrəvan toplantısında Dağlıq Qarabağa dair bəyanat qəbul edilib backend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının bu gün İrəvanda keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edilib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan toplantının yekunları ilə bağlı keçirdiyi brifinqdə məlumat verib.

"Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 16 may Vyana və 20 iyun Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik.

Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək biz ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq", - deyə bəyanatda bildirilir.

Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Suriya ilə bağlı da bəyanat qəbul edilib.
Diaspora