1988-ci ildən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı qəhrəmancasına həlak olub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Polisinin yaranmasının 98-ci ildönümü münasibətilə keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.Nazir bildirib ki, 1988-ci ildə erməni təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub: "Bu döyüşlərdə Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər "Milli Qəhrəman" adına, 1143 nəfər orden və medallara layiq görülüb".