BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulması hallarından narahatdır. "Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Munun bu gün Vyanada işinə başlayan ATƏT-in təhlükəsizlik konfransı iştirakçılarına ünvanladığı və Cenevrədə BMT ofisinin baş direktoru Mixael Mollerin oxuduğu məktubda deyilir.
Baş katib müraciətində, həmçinin rəhbərlik etdiyi təşkilatın ATƏT-in münaqişələrin həlli və regiondakı digər vacib məsələlər üzrə səylərini dəstəkləməkdə davam edəcəyini vurğulayıb.BMT-nin baş katibi Qarabağdakı vəziyyətdən narahatdır

