“Dağlıq Qarabağ əhalisinin mövqeyi çox vacibdir”

“Dağlıq Qarabağ əhalisinin mövqeyi çox vacibdir” backend

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ əhalisinin mövqeyinin münaqişənin nizamlanmasında ifadə olunmasını vacib hesab edir. APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni mətbuatına açıqlamasında bildirib.

“Dağlıq Qarabağ əhalisinin mövqeyinin çatdırılması çox vacibdir. Bu səbəbdən də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyət nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir”, - deyə Uorlik qeyd edib.

“Biz, Dağlıq Qarabağ əhalisinin səsini hərtərəfli qərar çərçivəsində ən yaxşı hansı şəkildə təmin edilməsinə dair qərar verməliyik”, - diplomat əlavə edib.
Diaspora