Ermənistan ordusunun əsgəri, 19 yaşlı Qrant Qriqoryanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda özünü öldürməsində təqriskar bilinən “N” saylı hərbi hissənin tağım komandiri saxlanılıb.
Qaziler.az Modern.az-a istinadən bildirir ki, leytenant rütbəli komandirin zorakılığı, qəddar rəftarı nəticəsində əsgər intihar edib.İstintaqdan verilən məlumata görə, bu davranışlara tab gətirməyən əsgər iyunun 17-də tapança ilə öz ağzından atəş açıb. Bu da onun ölümü ilə nəticələnib.