Peterburqda Qarabağ müzakirələri başladı, Putin Sərkisyanla görüşdü

Peterburqda Qarabağ müzakirələri başladı, Putin Sərkisyanla görüşdü backend

Az əvvəl Peterburqda Qarabağ müzakirələri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkisyanla ikitərəfli görüşü başlayıb. Virtualaz.org xəbər verir ki, görüşün jurnalistlərə açıq hissəsində Sərkisyan Qarabağ məsələsinin nizamlanmasında göstərdiyi səylərə görə Putinə təşəkkür edib.

“Bizim Qarabağa dair mövqeyimiz hamıya bəllidir. İstəyirik ki, məsələ müstəsna olaraq sülh yolu ilə həll olunsun. Lakin təəsüf ki, təkcə bir tərəfin istəyi ilə belə münaqişələr həll olunmur. Əgər biz əvvəl əldə edilmiş razılaşmalar üzrə irəliyə gedə bilsəydik yaxşı olardı”-Sərkisyan deyib.

Putin isə münaqişə ilə bağlı bütün məsələlərin müzakirə olunacağını bildirib.

Qaziler.az-dan: Həmişə olduğu kimi Ermənistan prezidenti Sərkisyan öz həyasızlığından və riyakarlığından əl çəkmir. 20 ildən çox Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyon azərbaycanlını öz torpaqlarından, ev-eşiyindən didərgin salan, sülh prosesini pozan ermənilərin prezidentinin "sülh tərəfdarı" olması riyakarlıqdan başqa heç nə deyil. Hələ utanmadan Azərbaycanı sülh istəməməkdə ittiham etmək erməni xislətindən doğan həyasızlığın göstəricisidir.
Diaspora