“Əli və Nino“ kitab mağazalarından biri bağlanır - pis xəbər

“Əli və Nino“ kitab mağazalarından biri bağlanır - pis xəbər backend

"Əli və Nino" kitab evinin ən məşhur mağazalarından biri bağlanır. Aznews.az saytı xəbər verir ki, bu barədə Kitab Evinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb. Məlumat qeyd olunur:

"Çox təəssüf ki, 5 illik fəaliyyətimizdən sonra Nizami küçəsi 91 ünvanında (Gənc Tamaşaçılar teatrı ilə üzbəüz) yerləşən mağazamız bağlanır. Həmçinin bookclub və bir çox kitabların təqdimat mərasimi keçirildiyi bookcafe də bağlanır.

Bununla əlaqədar olaraq bir çox əşyalar dəyərindən çox ucuz qiymətə satılır".
Diaspora