Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli sammitini iyunun sonuna Sankt-Peterbuqda keçirmək planlaşdırılır.
Qaziler.az bildirir ki, bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.Daha əvvəl verilmiş məlumata əsasən, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın RF-dəki səfiri Jan-Moris Riper ilə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıq işlərini müzakirə edib.
Söhbət zamanı Ukraynada böhranın nizamlanması üzrə beynəlxalq səylərlə bağlı məsələlər də müzakirə edilib. Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyətə toxunulub.
Fransalı diplomatı ATƏT-in Minsk qrupunun həmsədri, Fransanın "Şərq tərəfdaşlığı" məsələləri üzrə səfiri Pyer Andryö müşayiət edib.