Aİ-nin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən gözləntisi

Aİ-nin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən gözləntisi backend

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret addım olacağına ümid edir.

Qaziler.az bildirir ki, bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Xanım M.Mard qeyd edib: "Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ üzərində işləyirlər. Əlbəttə, biz bu prosesi alqışlayırıq və ümid edirik ki, prezidentlərin növbəti görüşü - əgər iyun ayında keçirilsə - münaqişənin nizamlanması istiqamətində konkret addım olacaq".

Onun fikrincə, Aİ üçün bu məsələ də gündəlikdə dayanan mühüm məsələdir.

Qeyd edək ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilmişdi.
Diaspora