Malena Mard prezidentlərin görüşü barədə: “Çox şadıq...“

Malena Mard prezidentlərin görüşü barədə: “Çox şadıq...“ backend

“Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması, habelə növbəti görüşlə bağlı razılığın əldə olunması çox müsbət göstəricidir”. APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.


M. Mard qeyd edib ki, Aİ belə görüşlərin keçirilməsini yüksək qiymətləndirir: “Avropa İttifaqı olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində belə addımlar atılır. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar”.
Diaspora