Azərbaycanlı girov ailəsinə məktub göndərib

Azərbaycanlı girov ailəsinə məktub göndərib backend

1 il 11 aydır Ermənistan tərəfindən girov saxlanılan Şahbaz Quliyevin yaxınları 4 aylıq fasilədən sonra ondan növbəti məktubu alıblar.

Modern.az saytı xəbər verir ki, Tərtərin Qaradağlı kəndində yaşayan İradə Quliyevaya qardaşından gələn məktubu ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) Bərdə ofisinin nümayəndələri təqdim edib. Bir neçə cümləlik məktubda yaxınlarına salam göndərən Şahbaz vəziyyətinin yaxşı olduğunu yazıb.

İradə Quliyeva isə düşünür ki, Şahbaz ailəsini narahat etməmək üçün səhhətinin həmişə normal olduğunu deyir. Ən son ailəyə yanvar ayında BQXK tərəfindən girovların şəkili gətirilib. Şahbazın anası isə ümumiyyətlə bu günə kimi oğlunun girov düşdüyündən xəbərsizdir.

“Daima Rusyada olubdur, KAMAZ-la gedirdi. Orda işləyirdi, indi deyirik ki, ordadır, işləməyə gedib. Göstərmirik, televizoru da qoymuruq işlətsin”,- deyə Şahbaz Quliyevin bacısı İradə Quliyeva anspress-ə bildirib.

BQXK-nin Bərdə ofisindən bildirdilər ki, təqribən ayda bir dəfə və ya 6 həftədən bir girovlarla görüş olur. Şahbaz Quliyev və Dilqəm Əsgərovun səhətləri və saxlanma şəraiti komitənin nəzarəti altındadır.
Diaspora