Cəbhəboyu rayonlarda "Qrad" raketinin mühərrik hissəsi və top mərmisi tapılıb.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.Tərtər rayonu
Cəmilli kəndi - 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 9500 kv.m ərazi yoxlanılıb.
Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 4000 kv.m ərazi yoxlanılıb.
Cəmi: 3 ev və həyatyanı sahə, 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 13 500 kv.m ərazi təmizlənib.
Ağcabədi rayonu
Hacılar kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarilə 1000 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, PHS aşkar olunmayıb və nəticə etibarilə 1000 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 690 kv.m ərazi yoxlanılıb.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik OF-56 top mərmisi və nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.
Mayın 23-də 6 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 10 partlayış yerinə baxış keçirilib, 2 ədəd PHS (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi və 122 mm-lik partlamamış OF-56 top mərmisi) aşkar edilib və gün ərzində 21 190 kv.m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 23 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 515 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 453 ədəd PHS, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.