Serj Sarkisyan: “Erməni tərəfi Qarabağda 800 hektar ərazi itirib”

Serj Sarkisyan: “Erməni tərəfi Qarabağda 800 hektar ərazi itirib” backend

“Erməni tərəfi apreldə Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi nəticəsində Dağlıq Qarabağın ətrafındakı təhlükəsizlik zonasında 800 hektar ərazi itirib, klakin insanları qorumaq daha vacib idi və erməni hərbçilər bu vəzifənin öhdəsindən gəldilər”, - virtualaz.org xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Vyanadakı danışıqlardan sonra bildirib.


“Erməni qüvvələr təhlükəsizlik zonası qismində 800 min hektara malik idilər, 800 hektarı itirdilər. Strateji baxımdan həmin ərazilər heç bir əhəmiyyətə malik deyillər, psixoloji nöqteyi-nəzərdən azərbaycanlılar öz xalqlarını inandıra bilərlər ki, hansısa nəticəyə nail ola biliblər”, - S.Sarkisyan belə deyib.

Bununla birlikdə, S.Sarkisyan qeyd edib ki, Vyanadakı görüşdə Azərbaycan prezidenti İlham Əliyev erməni tərəfini apreldə hərbi əməliyyatların başlanmasında günahlandırıb.

O həmçinin bildirib ki, Azərbaycan sərhədyanı insidentlərin təhqiqatı üzrə mexanizmlərin tətbiqi ilə bağlı təklifə razılıq verib.
Diaspora