Qarabağ münaqişəsi ərazisində atəşkəs rejiminin möhkəmləndirilməsinə dair sazişlər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN rəhbərlərinin iştirakı ilə keçirilən Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşünün yekunlarına görə əldə edilib.
RİA Novosti xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xatırladılır ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ərazisində yaranmış gərgin vəziyyətdən çıxış yolları müzakirə edilib.
“ATƏT-in MQ həmsədr ölkələrinin nümayəndələri 1994-cü və 1995-ci ildə əldə edilmiş atəşkəs rejiminə dair razılığa riayətin mütləq olduğunu təsdiq ediblər”, - məlumatda deyilir.
“Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”, - mətbuat xidmətinin məlumatında deyilir.