“Hər zaman Azərbaycanın yanındayıq“ - Adıyaman valisi

“Hər zaman Azərbaycanın yanındayıq“ - Adıyaman valisi backend

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Adıyaman valisi Mahmut Demirtaş ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Mahmut Demirtaş “Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman Azərbaycanın yanındayıq”, deyib.

Q. Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib, valiyə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Adıyamanın da yer alacağını bildirib, Adıyaman valisini ölkəmizə dəvət edib.

Q.Paşayeva görüşdə Adıyamanda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. M. Demirtaş Q.Paşayevanın Adıyamanda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq Adıyamanda bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili yeni konfrans təklifini qəbul etdiyini və yaxın zamanlarda təkrar gələcəyini söyləyib.
Diaspora